Belarus və Özbəkistan teatrlarının solistləri Bakıda

Akademik Opera və Balet Teatrında fevralın 4-də C.Puççininin "Boqema” operasının tamaşası keçiriləcək.
Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.
Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Afaq Abbasova (Mimi), İnarə Babayeva (Müzetta), xalq artisti Əli Əsgərov (Alsindor), solistlərdən Tural Ağasıyev (Şonar), Tələt Hüseynov (Kollen) çıxış edəcəklər.
Məlumata görə, teatr rəhbərliyi tamaşada iki əsas partiyanı ifa etmək üçün Belarus və Özbəkistan teatrlarının solistlərini Bakıya dəvət edib. Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromov səhnə əsərində Marsel partiyasını ifa edəcək. Özbəkistanın xalq artisti, Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti Ramiz Usmanov ilk dəfə Bakıya dəvət olunub. R.Usmanov "Boqema” operasında Rudolf partiyasını səsləndirəcək.
Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















