Azərbaycanın əməkdar mədəniyyət işçisi vəfat etdi

Uzun illər Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çalışmış, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rimma Abdullayeva vəfat edib.
Bu barədə "Report"a" Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.
Rimma Əli qızı Abdullayeva 24 oktyabr tarixində 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm” kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb.
Rimma Abdullayeva "Bir cənub şəhərində”, "Qətldən sonra yeddi gün”, "Yol əhvalatı”, "Qaladan tapılan mücrü”, "Qəm pəncərəsi”, "Avqust gələndə”, "Sahilsiz gecə” və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















