"Eurovision-2017"-nin loqo və şüarı təqdim olunub - VİDEO

Ukraynanın İctimai Televiziyası və Avropa Yayım Birliyi bu il "Eurovision" mahnı müsabiqəsinin "Müxtəlifliyi bayram edək" (Celebrate Diversity) şüarı altında keçiriləcəyini açıqlayıb.
ANN.Az Report-a istinadən xəbər verir ki, həmçinin builki müsabiqə üçün ənənəvi Ukrayna boyunbağı "namısto" formasında yeni loqo hazırlanıb.
Müsabiqənin supervayzeri Yon Ola Sandın sözlərinə görə, "Müxtəlifliyi bayram edək" şüarı keçənilki müsabiqənin "Bir yerə toplaşaq" mövzusuna əsaslanır və "Eurovision" müsabiqəsinin dəyərləri özündə əks etdirir.
Qeyd edək ki, müsabiqə Kiyevdə bu il mayın 9, 11 və 13-də keçiriləcək. Mahnı müsabiqəsində ümumilikdə 43 ölkə, o cümlədən Azərbaycan iştirak edəcək. Azərbaycanı müsabiqədə Diana Hacıyeva təmsil edəcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















