“CinemaPlus”da unudulmaz gecə

Bakı, 22 fevral: Kinoteatr "CinemaPlus Azerbaijan”da fevralın 18-dən 19-na keçən gecə "Kino gecəsi” tədbiri keçirilmişdir. Saat 23:30-dan səhər saat 7:00-dək qonaqlara "Pazmaniya Şeytanı”, "Niyə o?” və "Aramızdakı kosmos” filmləri nümayiş olunmuşdur.
Kinoteatrda musiqi müşayiəti altında rahat əyləncəli şərait yaradılmışdır. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdur.
Tədbirin təşkilində dəstək olmuşdurlar: dublyaj redaksiyası Cinemazadeh, Özsüt restoranlar şəbəkəsi, Hillside-dan premium çaxırlar, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, Bella Pizza, Like Tea və Baltika-Baku pivə zavodu.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















