“Eurovision”a bilet neçəyədir? – QİYMƏTLƏR
"Eurovision - 2017” mahnı müsabiqəsi bu il Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək. Mərasim Dnepr çayının sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq. Tədbirin keçiriləcəyi zal 15 min nəfər üçün nəzərdə tutulub.
Lakin təşkilatçılar mahnı müsabiqəsi ilə əlaqədər olaraq 20 min nəfərdən çox turistin gələcəyini bildiriblər.
ANN.Az bu barədə fins.az-a istinadla xəbər verir.
Qeyd edək ki, mahnı müsabiqəsinə biletlər 6 fevral tarixindən satışa çıxarılıb. Biletlərin rəsmi satış nümayəndələrindən biri də concert.ua saytıdır.
Qiymətlərə gəlincə isə ötən il "Eurovision”a biletlərin qiyməti 20-100 avro olub. Həmişə olduğu kimi, bu il də biletlər 9 şou proqram üçün nəzərdə tutulub. Bunlardan 6-sı məşq prosesləri, 2 yarım final və 1 final üçün biletlərdir.
Biletlərin qiymətləri:
8 may 22:00-a olan biletlər - 165 avrdodan başlayaraq
9 may 16:00-a olan biletlər - 152 avrodan başlayaraq
9 may 22:00-a olan biletlər - 74 avrodan başlayaraq
10 may 22:00-a olan biletlər - 166 avrodan başlayaraq
11 may 16:00-a olan biletlər - 82 avrodan başlayaraq
11 may 22:00-a olan biletlər - 103 avrodan başlayaraq
13 may 14:00-a olan biletlər - 83 avrodan başlayaraq
13 may 22:00-a olan biletlər - 257 avrodan başlayaraq (final)
Qeyd edək ki, satışda çox az sayda bilet qalıb. Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva ilk yarımfinalda iştirak edəcək. İlk yarımfinalın digər iştirakçıları isə Çernoqoriya, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Kipr, Sloveniya, Ermənistan, Moldaviya, Çex Respublikası, Latviya, İslandiya, Yunanıstan və Polşadır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















