Təranə Qumralın əmlakına həbs qoyula bilər

"Nərimanov rayon icra şöbəsi 4 aydır hüquqlarını müdafiə etdiyim müğənni Nazənin və həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumral adlı müğənniyə qarşı mənəvi təzminatın ödənilməsinə dair (3500 manat mənəvi təzminatın ödənilməsi və Təranə Qumralın hüquqlarını müdafiə etdiyim şəxslərdən üzr istəməsi) məhkəmə qətnaməsini icra etmir. Təranə Qumral dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır”.
ANN.Az-ın axşam.az-a istinadla məlumatına görə, bunu müğənni Nazəninin vəkili Adəm Məmmədov bildirib.
"Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlayıb. Əgər borclu Təranə Qumral belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var. Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər”, - deyə o vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















