Moskvada Rostropoviçin xatirə lövhəsinin açılışı olub

Xatirə lövhəsi məşhur violonçel ustası və dirijorun 90 illik yubileyi günündə quraşdırılıb.
Moskvada violonçel ustası və dirijor Mstislav Rostropoviç və onun həyat yoldaşı, opera müğənnisi Qalina Vişnevskayanın xatirə lövhəsinin açılışı olub.
"ANN" TASS-a istinadən xəbər verir ki, xatirə lövhəsi məşhur musiqiçinin 90 illik yubileyi günündə, onların Qəzet döngəsindəki evində quraşdırılıb.
Qeyd edək ki, xatirə lövhəsinin müəllifi Rusiyanın xalq artisti, heykəltəraş Aleksandr Rukavişnikovdur.
Həmçinin Rostropoviç Fondunun Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Rukavişnikovun əl işi olan büstü hədiyyə edəcəyi bildirilir. Mərasimin ardınca Mstislav Rostropoviç Beynəlxalq Festivalının açılışı olacaq.
Xatırladaq ki, M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda anadan olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















