Ermənistan “Eurovision”a buraxılmır?

Rusiyanın "Eurovision” təmsilşisi Yuliya Samoylovanın Ukraynaya buraxılmaması haqqında yayılan xəbərlərdən sonra yeni bir iddia ortaya atılıb.
ANN.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Rusiya mətbuatı Krıma gedən "Eurovision” sənətçisinin təkcə Yuliya olmadığını, erməni iştirakçı Artsvikin də orada konsert verdiyini qeyd edib.
Bu səbəbdən Yuliya kimi Artsvik də Ukrayna qaydalarını pozub və yarışmaya buraxılması düzgün deyil.
Mövzu ilə bağlı Ermənistan nümayəndə heyətinin rəhbəri Gohar Gasparyan açıqlama verib:
"Bu şayiələrin ortaya çıxma səbəbini bilmirik. Artsvikin Krımla heç bir əlaqəsi yoxdur. Təmsilçimiz orada konsert verməyib”.
Samoylovanın ölkəyə girişini qadağan edən Ukrayna Təhlükəsizlik Xidməti erməni sənətçi barədə araşdırma apardıqlarını bildirib:
"Bütün sənətçilər barədə araşdırma aparırıq. Ukrayna qaydalarını pozan sənətçi olarsa, yarışmaya buraxılmayacaq. Əgər belə olarsa, Artsvikin ölkəyə girişinə "stop” qoyulacaq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















