Bakıda Frankofoniya həftələri keçiriləcək

Bakıda 1-22 aprel tarixlərində təşkil olunacaq Frankofoniya həftələri ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə Belçika, Fransa, Yunanıstan, Latviya, Macarıstan, Misir, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları iştirak ediblər.
Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez bildirib ki, tədbirdə Frankofoniya təşkilatına üzv olan və müşahidəçi statusuna malik ölkələr iştirak edir: ”Bu təşkilat 84-ə yaxın dövləti üzv və ya müşahidəçi qismində özündə birləşdirir. Müxtəlif ölkələr bu günlər çərçivəsində müxtəlif tədbirlər keçirəcək. Tədbirlərin koordinasiyasını Azərbaycan Fransız İnstitutu həyata keçirəcək. Dünyada fransız dilində danışanlar günbəgün artır. Hazırda Azərbaycanda 40 minə yaxın şagird fransız dilini öyrənir”.
Diplomat Frankofoniya həftələri çərçivəsində keçiriləcək tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra digər səfirlər və diplomatlar Frankofoniya həftələri çərçivəsində təşkil edəcəkləri tədbirlər və ölkələrinin iştirakı barədə danışıblar.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər