• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus” kinoteatrında “The Game” komediya filminin təqdimatı keçirilib

“CinemaPlus” kinoteatrında “The Game” komediya filminin təqdimatı keçirilib
01.04.2017 12:02
Bakı, 01 aprel: "Gənclik Mall” Ticarət mərkəzində yerləşən və premium sinfindən olan "CinemaPlus” kinoteatrında "The Game” macəra komediya filminin təqdimatı keçirilib.

Premyera nümayişinə şou-biznes ulduzları, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları, media-şəxslər, çoxlu sayda KİV nümayəndələri gəlmişdir. Onlar arasında – xalq artistləri, teatr və kino aktyorları və başqaları yer almışdır.

Premyerada "The Game” filminin aktyorları, KİV nümayəndələri ilə çəkiliş prosesinin təəssüratı ilə bölüşmüşdülər, təkcə filmin özündə deyil, həm də səhnəarxası proseslərdə bol olan komik hadisələrdən danışmışdılar. Qeyd edək ki, komediyaya azərbaycanlı aktyorlar ilə yanaşı türk kinoulduzları da cəlb olunmuşdur.

Bakıda premyerada iştirak edən, azərbaycanlı tamaşaçılara "Kurtlar Vadisi” serialından yaxşı tanış olan Eray Türk qeyd etmişdir ki, azərbaycanlı kinematoqrafçılar ilə əməkdaşlıq etməyə şaddır.Aktyor bildirmişdir ki, Azərbaycana səfəri zamanı Bakı, Şəki və Qəbələdə olmuşdur.

Qonaqlar kinoteatrın tamaşaçı zalında öz yerlərini tutandan sonra, səhnəyə filmin çəkiliş qrupunun nümayəndələri dəvət olunmuşdular. Tədbirdə çıxış edən kinokomediyanın rejissoru Orxan Bayramov bütün bədii kollektivə minnətdarlığını bildirmişdir.

Filmdə Serkan Gənc, Ayşən Batiqun, Eray Türk, Vüsal Hacı Qadır, Gülşən Hüseynli, Yaroslav Trifonov, Bəhruz Vaqifoğlu, Pərviz Məmmədrzayev, Elşən Rüstəmov, Abdulqani Əliyev, Pərvin Abıyeva, Şirzad Pirallahı və başqaları çəkilmişdirlər.

Rus mafiyozu Yurinin adamı Nikolay xəyanət edərək məşhur "Şərqin ürəyi”adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi” adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır. Bu məlumatı aldıqdan sonra türklər Şəkiyə yollanırlar. Türklərin ardınca Şəkiyə rus mafiyozu Yurinin adamları və Azərbaycanlı mafiyoz Rüstəm öz adamları ilə bərabər gəlir. Və bütün hadisələr bu məşhur "Şərqin ürəyi” adlı almazın axtarışı ətrafında cərəyan edir.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol