“Çölçü” Hindistanda “Ən yaxşı bədii film” mükafatına layiq görülüb

Şamil Əliyevin "Çölçü” filmi Hindistanda keçirilən Kəlküttə Kult Beynəlxalq Film Festivalının mart ayı üzrə "Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
Bu barədə Oxu.Az-a "Azərbaycanfilm” kinostudiyasından bildirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınan "Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Vidadi Həsənov, Salome Demuria, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.
Qeyd edək ki, "Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq film festivalında iştirak edib, 10-dan artıq mükafata layiq görülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















