“CinemaPlus”da “Nazlı” filminin qala-gecəsi baş tutub - VIDEO

Bakı, 28 aprel: "Ganjlik Mall” ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında "Nazlı” romantik komediya filminin qala-gecəsi baş tutub. Film "Zaratustra Film” kinoşirkəti tərəfindən çəkilib.
Filmin quruluşçu-rejissoru - Rəhman Rafiqoğlu, ssenari müəllifləri – Rəhman Rafiqoğlu və Tural Fitət, quruluşçu-operator – Əli Sultanov, bəstəkar – Səid Qəni, baş prodüserlər – Murad Məhərrəmli və Əli Cavadov.
Baş rolları Dövlət akademik milli dram teatrının aktyoru Ülvi Həsənli və gənc aktyor Xumar Səlimova. Filmdə həmçinin xalq artistləri Mabud Məhərrəmov, Arif Quliyev, Fuad Poladov, Rasim Balayev, əməkdar artistlər Mehriban Xanlarova, Naidə Orucova və Fərid Əliyev, aktyorlar Qorqud Cəfərli, Eldar Bağırbəyov, Azər Aydəmir və başqaları rol oynayıblar.
Filmin sujetində oliqarx qızı olan, ərköyün Nazlı haqqında danışılır. Qızının şıltaqlığından və daimi əhvalatlarından bezən atası, onu ilk rast gələnə ərə vermək qərarı verir. Həmin adam yüksəkmərtəbəli binaların tikintisində fəhlə işləyən, kənd oğlanı İsmayıl olur. Nazlı əlbəttə ki, bu qərardan qəzəblidir, lakin atasının qərarına əks gedə bilmir, çünki əks halda atası onu var-dövlətdən məhrum edə bilər. Nazlı öz nişanlışısının kəndinə gedir, harada ki, İsmayılın zülmkar xalasının əlinə düşür... Qayğısız şəhər həyatının əvəzinə adi ağır kənd günləri başlayır... Lakin Nazlı hələ də xilas olmağa ümid edir və öz ağ atlı şahzadəsini gözləyir...
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.




Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















