Polad Bülbüloğlu: "İngilis dilini ingilislər kimi bilmirəm"

"YUNESKO-nun baş direktoru vəzifəsinə seçkidə qalib gəlmək üçün çalışacağıq".
İstiPress xəbər verir ki, bunu jurnalistlərə Azəbaycanın Rusiyadakı səfiri, YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu deyib.
O bildirib ki, namizədlərin hamısı güclüdür: "Hələ qarşıda 5 ay var. Hər şeyin necə olacağını görəcəyik".
P.Bülbüloğlu onun Parisdə ingilis dilində zəif çıxış etməsi ilə bağlı tənqidlərə toxunaraq qeyd edib ki, ingilis dilində bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: "Dil məsələsi mübahisəlidir. YUNESKO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Bütün hallarda mən suallara cavab verdim. Mən ingilis dilini ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, mən hələ hazırlaşacağam".
P.Bülbüloğlu vurğulayıb ki, əsas məsələ insanın beynindəkilər, onun hansı ideyaları irəli sürməsidir: "Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli, yeni ideyalar və yanaşmalar, islahatlar təklif edə bilən adam lazımdır. Mənim krizis menecment sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















