Azərbaycanda bu müğənnilər həbs edilə bilər - RƏSMİ

Sosial şəbəkədə tez-tez müğənnilərin, tanınmış simaların sükan arxasında "selfie" çəkdiyinin şahidi olmuşuq. Məhz bu səbəbdən məşhurların zaman-zaman qəza törətməsi qaçınılmaz olub.
Bu haqda Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov metbuat.az-a maraqlı açıqlamalar verib:
"Sükan arxasında diqqəti yayındıra biləcək hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət var. Belə hadisələrə rast gələndə sürücünü inzibati məsuliyyətə cəlb edirik. "Yol hərəkəti haqqında" Qanunda törədilən xətaların internet vasitəsi ilə sosial şəbəkələrdə yayımlanması inzibati araşdırma aparılmasına əsas verir və bunu törədənlər inzibati məsuliyyətə cəlb olunur.
Sükan arxasında məşhurlar belə olsa, xəta törədib sosial şəbəkədə yayırlarsa, onlar barəsində tədbir görməyə əsas yaranır. İnzibati həbs belə ola bilər. Cərimənin rüsumu isə sürücünün pozduğu qanuna əsasən müəyyənləşdirilir. Tutaq ki, kimsə telefonla danışır, həm də özünü videoya çəkib sosial şəbəkədə paylaşırsa, həmin şəxs 50 manat miqdarında cərimə olunur”
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər