“CinemaPlus” kinoteatrında "Respublika Günü" festivalı keçirib

Bakı, 30 may: Respublika günü - Azərbaycanda hər il mayın 28-də qeyd olunan milli bayramdı. Bu bayram Azərbaycan xalqının tarixində ən parlaq səhifələrindən biridir və bununla əlaqədar "CinemaPlus" premium kinoteatrlar şəbəkəsi festival təşkil edib.
Milli geyimdə iştirak edən zərb alətləri ifaçıları "CinemaPlus" kinoteatrlar şəbəkəsinin işçiləri ilə birlikdə milli musiqi ifalarının müşayiəti altında kinoteatrın foyesi və 28 Mall ticarət mərkəzində yürüş edərək, xeyli rəqs ediblər. Festival həmçinin Bakı şəhərinin mərkəzi yerləri üzrə davam etdirilib və "Cinemaplus Azerbaijan" kinoteatrında başa çatmışdır.
Yürüşə qoşulan insanlar isə böyük həvəslə iştirak edərək, çoxlu sayda yadda qalası şəkillər selfilər çəkdiriblər.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















