Qobustan qoruğunun yaradılmasının 50 illiyi qeyd ediləcək

İyunun 13-də Bakıda Qobustan Milli Tarixi Bədii Qoruğunun yaradılmasının 50 illiyinə həsr edilmiş "Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı elmi konfrans keçiriləcək.
Qoruqdan Oxu.Az-a bildirilib ki, dövlət səviyyəsində baş tutacaq konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
İki gün davam edəcək konfransda dünyanın tanınmış arxeoloqlarının da iştirakı nəzərdə tutulur.
Konfransa iyunun 14-də Qobustan Milli Tarixi Bədii Qoruğunda təşkil ediləcək tədbirlə yekun vurulacaq.
Qeyd edək ki, sahəsi 3 min 96 hektar olan Qobustan Milli Tarixi Bədii Qoruğu 1966-cı ildə yaradılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















