Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gələcək

İyunun 14-də UNEC-də beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Anews.az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi-praktik konfrans "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusuna həsr olunacaq.
Respublikanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərlərinin qatıldığı konfransda Nobel mükafatçısı Aziz Sancar da iştirak edəcək. Almaniya, Fransa, Türkiyə, Rusiya, Litva, Qazaxıstan, Gürcüstan, Moldova, Belarus və digər ölkələrin nüfuzlu ali təhsil müəssislərinin rəhbərləri, elm adamları, tədqiqatçıları da konfransa qatılacaq.
Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılacaq.
Konfrans çərçivəsində iyunun 13-də UNEC-də "Web Of Science” Sertifikasiya Proqramı üzrə seminar-treninq və "Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları”na həsr olunan təlim təşkil ediləcək. Konfransda "Elmmetrik: Elm və texnoloji inkişaf” adlı kitabın təqdimatı keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















