Dünyanın ən zəngin qadın yazıçılarının adları açıqlanıb

Coan Roulinqin 2016-cı ildəki gəliri 19 milyon dollar təşkil edib
Harri Potter haqqında kitab seriyasının müəllifi olan Coan Roulinq "Forbes" jurnalının versiyasına görə, dünyanın ən zəngin qadın yazıçısı adına layiq görülüb.
"Report" "Forbes Woman"ə istinadən xəbər verir ki, məhz onun kitabları və onlardan ilham alınaraq çəkilən film və seriallar 2016-cı ildə daha çox gəlir gətirib.
Belə ki, C.Roulinqin 2016-cı ildəki gəliri 19 milyon dollar təşkil edib.
Dünyanın ən zəngin yazıçılarının siyahısında 17 nəfərin, o cümlədən 6 qadının adı yer alıb. C.Roulinq qadınlar üzrə hamını qabaqlasa da, ümumi siyahıda üçüncü olub.
Pola Hokins ("Qatardakı qız") siyahıda ilk dəfə yer alıb. Canet İvanoviç, Syuzen Kollinz ("Aclıq oyunları"), Qillian Flinn "Yox olmuşlar" reytinqi tərk edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















