McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi birgə aksiyaya yenidən start verdilər

Bakı, 04 iyul: "Dadlı Süjetli Təklif” aksiyasının ətrafında yaranan ajiotajı və marağı nəzərə alaraq, McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi kampaniyanın yeni startına qərar verib.
Bu "Dadlı Süjetli Təklif"in çərçivəsində müştərilərə cəmi 9 manat 90 qəpiyə özündə McDonald's məhsulları və CinemaPlus-dan hədiyyələri birləşdirən bir menyunu almaq təklif olunur. Yeni CinemaPlus menyusuna daxildir: 1 burger (Big Mac və ya McChicken), 1 orta Frenç Frayz, 1 orta sərinləşdirici içki və kinoya 1 bilet.
Beləliklə, McDonald's həvəskarları restorana baş çəkərək, əldə edilmiş bilet vasitəsilə sevdikləri CinemaPlus kinoteatrlarının birində istənilən filmi izləyə bilərlər.
Qeyd etmək lazımdır ki, McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi öz müştərilərini yüksək qiymətləndirib, onlara daim əla xidmət, faydalı və münasib qiymətli təkliflərlə sevindirməyə davam edir.
Aksiya haqqında daha ətraflı məlumatı əldə etmək üçün www.mcdonalds.az və www.cinemaplus.az saytlarına daxil ola bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















