Azərbaycanlı aktrisa erməni milyarderə ərə gedir

Rusiyanın Azərbaycan əsilli aktrisası Səbinə Əhmədova erməni milyarderlə evlənir. Haqqin.az xəbər verir ki, aktrisa "Росгосстрах" şirkətlər qrupunun sahibi Danil Xaçaturovla ailə həyatı qurur.
"Forbes"in hesablamalarına görə, erməni iş adamının 2 milyard dollar sərvəti var. Danil Xaçaturov 2008-ci ildə evləndiyi Ulyana Serqeenkodan 2013-cü ildə boşanıb.
Səbinə Gülbala qızı Əhmədova 23 sentyabr 1981-ci ildə Bakıda anadan olub və 1990-cı ildə ailəsi ilə Moskvaya köçüb. 36 yaşlı aktrisa indiyədək evli olmayıb. O, Rusiyada böyük auditoriya toplayan "Klub” serialında, "Böyük şəhərdə sevgi”, "Olimpius İnferno”, "8 ilk görüş” filmlərində çəkilib.
Erməni iş adamı ilə azərbaycanlı aktrisanın dəbdəbəli toy edəcəyi deyilir.
Qeyd edək ki, Səbinə Əhmədova bundan əvvəl qondarma "erməni soyqırımı" ilə bağlı filmə çəkilərək gündəmə gəlmişdi. O, erməni diasporasının maliyyələşdirdiyi "Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filmində rol alıb.
www.anews.az
"Forbes"in hesablamalarına görə, erməni iş adamının 2 milyard dollar sərvəti var. Danil Xaçaturov 2008-ci ildə evləndiyi Ulyana Serqeenkodan 2013-cü ildə boşanıb.
Qeyd edək ki, Səbinə Əhmədova bundan əvvəl qondarma "erməni soyqırımı" ilə bağlı filmə çəkilərək gündəmə gəlmişdi. O, erməni diasporasının maliyyələşdirdiyi "Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filmində rol alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















