Ölməkdən qorxan əməkdar artist: “Həkimlər dedi, ümid yoxdur”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Novruzova 60 illik yubileyinə hazırlaşır.
Yenicag.az-a açıqlama verən aktrisa yaşlanmaqdan deyil, ölümdən qorxduğunu etiraf edib:
"30 yaşım tamam olanda deyirdim qocaldım, istəmirdim ad günümü qeyd edim. Amma indi o 30-un üstünə bir 30 da gəlib. Heç o yaşı hiss edə bilmirəm. Elə bilirəm ki 23 yaşım tamam olacaq.
Çünki çox enerjiliyəm. İdmanla məşğul oluram, at çapıram. İnanın ki, o yaşı hiss etmirəm. Sadəcə içimdə bir qorxu hissi var. Sənət dostlarım Kübra Dadaşova, Gülşən Qurbanova, Xuraman Hacıyeva elə mənim yaşımda dünyadan köçdülər. Bunu ürəyimə salmışam. Hərdən qorxuram ki, birdən mən də bu yaşda dünyamı dəyişərəm. Amma hər şey Allahın əlindədir. Keçən il anam ağır xəstə oldu, insult keçirdi. Vəziyyəti ağır idi. Hətta həkimlər dedi ki, gedin yas çadırı qurun, sağalacağına ümid yoxdur. Amma anam kəfəni yırtdı, hələ də yaşayır. Sözümün canı budur ki, ömrü verən Allahdır, harda qırılacağını da o bilir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















