Harri Porter filmlərindəki ev satışa çıxarıldı – FOTO

Harri Porter haqqında filmlərin çəkildiyi ev satışa çıxarılıb.
anews.az-ın Kulis.az-a istinadən verdiyi xəbərə görə, evin qiyməti 995 min funt sterlinqdir.
Real həyatda de Verlərin evi adlanan tikili Suffolk qraflığının Lavenem kəndində yerləşir. De Verlər ailəsi İngiltərədə kraldan sonra ən varlı ailə sayılırdı. Bina 14-cü əsrdən 17-ci əsrə qədər de Verlərə, daha dəqiqi onlardan biri, Oksford qrafı Eduarda məxsus olub. Bəzi araşdırmaçılar Uilyam Şekspirin əsərlərinin müəllifliyini onun adına yazırlar.
Kral Henrix 1498-ci ildə ova çıxan zaman bu evdə olub.
Belə hesab olunur ki, Böyük Britaniyanın baş nazirinin Dauninq-strit 10 ünvanındakı iqamətgahından sonra turistlər ən çox bu evin girişinin fotosunu çəkirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















