• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 6 gün dövlət başçısı olan xanım kimdir?

Azərbaycanın 6 gün dövlət başçısı olan xanım kimdir?
17.09.2017 20:57
Cəmi 6 gün Azərbaycanın dövlət başçısı olub:  9-15 sentyabr, 1920-ci il…
"A24.az” "Enter.News”a istinadən oxuculara həmin şəxs haqqındakı yazını təqdim edir:
Yelena Stasova –  Milliyyətcə rusdur. Ölkəni idarə edəndə  47 yaşı varmış.

Yelena Dmitriyevna Stasova (ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta) 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda dünyaya gəlib. Rusiya və SSRİ-nin siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri olub, Sosialist Əməyi Qəhrəmanı idi. (1960)

Yelena zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V.İ.Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar.  1901-ci ildən "İskra” qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vinüsdə gizli partiya işi aparıb. 1905-1906-cı illərdə İsveçrədə mühacirətdə olub.

1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub, elə həmin il də həbs olunub. 1907-ci ildə Qafqaza gəlib və 5 il Tiflisdə çalışıb. 1912-ci ildə Peterburqa gedib və valideynlərinin mənzilində həbs olunub. 3 il Yenisey quberniyasında sürgündə olub və Beya kəndindəki evində  hələ də xatirə lövhəsi var. 1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub.

1938-1946-cı illərdə "Beynəlxalq ədəbiyyat” jurnalının redaktoru olub. Müharibə illərində xarici dilləri bildiyi üçün cəbhəyə getmək istəsə də, icazə verilməyib.

1942-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. 4 dəfə Lenin ordeni ilə təltif edilən Yelena Stasova 1966-cı ildə Yeni il axşamında Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol