Beynəlxalq Caz Festivalının açılışı olub

12-ci Bakı Beynəlxalq Caz Festivalının açılışı olub.
Axşam.az AzərTac-a istinadən xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, "Jazz dünyası” jurnalının təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşıb.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev paytaxtımızda ənənəyə çevrilmiş caz festivalının əhəmiyyətindən söz açıb. Son illər ölkəmizdə reallaşan beynəlxalq musiqi festivallarının önəmini qeyd edən nazir müavini bu yöndə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən danışıb.
Sonra festivalın ilk konserti təqdim edilib. Konsertdə Qvineyanın tanınmış caz ifaçısı Sekou Kouyatın musiqi qrupu klassik və müasir caz nümunələrini ifa ediblər.
Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcək. Builki festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb. O, Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan orkestri ilə çıxış edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















