Məmmədbağır Bağırzadənin anım günüdür

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin vəfatından 12 il ötür.
Anews.az xəbər verir ki, müğənni, bəstəkar M.Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən, öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib.
Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan "Səməni nazlı gəlin”, "Hülya”, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan "Azərbaycan oğluyam” və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səsləndirilməkdədir.
M.Bağırzadə 2005-ci il, 30 oktyabrda vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















