Tanınmış yumor ustadı vəfat etdi

Rusiyanın tanınmış yazıçı-satirik, komediya aktyoru Mixayıl Zadornov vəfat edib, bu barədə "Moskva” agentliyi məlumat yayıb. Verilən məlumata görə, 70 yaşlı sənətkarın ölümü barədə teleaparıcı Regina Duboviçkaya xəbər verib.
"Çox təəssüf ki, deyilənlər həqiqətdir. Mixayıl Zadornov dünyasını dəyişib. Başqa heç nə deyə bilmərəm. Bu xəbər gözlənilməz oldu”, - deyə Regina Duboviçkaya bildirib.
SSRİ xalq artisti, deputat İosif Kobzan isə sənətkarın xərçəng xəstəliyindən öldüyünü bildirib. Onun sözlərinə görə, Mixayıl Zadornov beyin xərçəngindən əziyyət çəkirmiş.
Qeyd edək ki, M.Zadornov iyun ayında müalicə kursunu yarımçıq saxlayaraq, yaxınları ilə daha çox vaxt keçirmək istədiyini bəyan etmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















