Bomba kimi film gəlir- «Toydan sonra nağara»

«ARI production» filmsevərlərin qarşısına yeni kinokomediya ilə çıxacaq.
«Toydan sonra nağara» adlanan film hər kəsin sevə-sevə baxdığı, doyunca güldüyü «Toy» kinokomediyasının davamıdır. 12 ildən sonra davamı çəkilən filmdə İnqilab babanın qoca yaşında sevgi yaşamasından bəhs edilir. İnqilab baba həkim qıza sevgisini bir neçə üsulla bildirmək istəyir. Amma hər şey Silduz və Bakirin bu işə qarışmasından sonra dəyişir.
Filmin quruluşçu rejissoru Əziz Şahbazov, baş prodüser Ramiz Hüseynzadə, quruluşcu operator Axmed Barasovdur.
Filmdə İlkin Miskərli, Nicat Rəhimov, Elnur Hüseynov, Nadir Məmmədov, Səbinə Əliyeva kimi aktyorlar çəkilib.
Böyük maraqla gözlənilən filmin premyerası dekabrın 8-də «Flame Towers»də baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















