İlhamə Quliyevanın oğlu həbs səbəbindən danışdı

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovazadlığa buraxılıb.
Qaynarinfo-nun məlumatına görə o, bir neçə saat öncə azad edilib. Nadirov saytımıza açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:
"Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm", - deyə O.Nadirov bildirib.
Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərinin yayılmasından sonra həyat yoldaşı Arifə Nadirova açıqlamasında bunun həqiqəti əks etdirmədiyini, onun rayonda olduğunu bildirmiş, lakin DİN O.Nadirovun saxlanıldığı məlumatını təsdiqləmişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər