Məşhur politoloqun oğlu konsert verəcək

Azərbaycanın tanınmış politoloqu Qabil Hüseynlinin oğlu, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələrin laureatı, pianoçu Toğrul Hüseynli martın 10-da Azərbaycan Dövlət Filarmoniyasında solo konsert verəcək.
Kult.az xəbər verir ki, konsertdə Azərbaycan və dünya bəstəkarlarının məhşur əsərləri səsləndiriləcək.
Konsert pianoçunun Feysbuk və Yutubdakı çoxsaylı pərəstişkarlarının xahişi ilə təşkil edilib və giriş sərbəstdir.
Qeyd edək ki, Toğrul Hüseynli Köln Ali Musiqi Akademiyasını bakalavr və magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib, hazırda Avstriyanın Zalsburq şəhərində Motsartteum Universitetinin fortepiano üzrə doktorantura pilləsində təhsilini davam etdirir.
Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















