“Eurovision” klipimizin yayım tarixi dəqiqləşdi – VİDEO

Azərbaycanı "Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədovanın (Aisel) "X my heart” mahnısına çəkilən klipin yayım tarixi dəqiqləşib.
Anews.az xəbər verir ki, ekran işi bu gün təqdim olunacaq.
Aysel Avropa səhnəsində ifa edəcəyi mahnı ilə bağlı İTV-yə açıqlama verib. O bildirib ki, studiyada musiqi yazılarkan bəstə onda xoş emosiyalar və ruh yüksəkliyi yaradıb:
"Mahnının sözləri ilə güclü bir bağlılıq hiss etdim. Bu, mənim hamıya çatdırmaq istədiyim ismarıcdır: özünəinam səni hətta top mərmisindən də güclü edir.
Sandra Byurmanın mahnının sözlərində mənim adımın ayın bir hissəsi ilə bağlılığını qeyd etməsi çox xoşuma gəldi. Sonda beynəlxalq komanda ilə çalışmağımdan çox məmnunam.
Azərbaycan, Böyük Britaniya, İsveç, Kipr, Portuqaliya, Rusiya, Ukraynadan olan professionalların birgə işini vurğulamaq istərdim. Mənim üçün "Eurovision” insanları musiqi vasitəsilə birləşdirən müsabiqədir. Bu tədbirdə ölkəmi təmsil etmək mənim üçün qürurvericidir”.
Qeyd edək ki, bəstə Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.
Lissabonda keçiriləcək müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















