Azərbaycanlı müğənni Rusiyada yananların ailələrinə pul ayırdı

Azərbaycanalı iş adamı, müğənni və bəstəkar Rusiyanın kemerova şəhərində ticarət mərkəzindəki yanğın zamanı zərərçəkənlərin ailələrinə jest edib.Söhbət Emin Ağalarovdan gedir. O, yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək.
Biznesmen bu barədə özü açıqlama verib. O, 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb.
"Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm". O, deyib ki, beş şəhərdə konsert verib və hər bir konsertdən 1 milyon rubl qonorar qazanıb. "Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















