Azdramdan qovulan aktyor Muskomediyada

Akademik Milli Dram Teatrının direktoru ilə problem yaşayan tanınmış aktyor İlham Hüseynov Azərbaycan Dövlət Musiqili Teatrında işə başlayıb.
Kult.az xəbər verir ki, bu barədə əməkdar artist İlham Hüseynov özü məlumat yayıb.
Aktyor bildirib ki, 26 aprel tarixindən etibarən Dövlət Musiqili Teatrında ilk tamaşasına çıxacaq:
"Əziz dostlar, sizi 26 aprel saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasını izləməyə dəvət edirəm. Nəzərinizə çatdırım ki, tamaşada baş rollardan birini mən ifa edəcəyəm. Tamaşa əbədi mövzuya - sevgiyə həsr olunub”.
Qeyd edək ki, Azərbaycan Dövlət Dram Teatrının direktoru Azərpaşa Nemətovla teatrın aktyoru, əməkdar artist İlham Hüseynov arasında problem yaşanmışdı. Bu səbəbdən teatrın direktoru aktyor İ.Hüseynova ərizəsini yazaraq teatrdan getməsini bildirmişdi. Yollarını Dram Teatrı ilə ayıran aktyor uzun müddət idi şəhnəyə çıxmırdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















