Jah Khalib Azərbaycan Ordusunda xidmət etmək istəyir – VİDEO

Repçi Bəxtiyar Məmmədov (səhnə adı Jah Khalib) məşhur rus ifaçı Bastanın (Vasili Vakulko) "Gazlive” şousunun qonağı olub.
Oxu.Az-ın məlumatına görə, veriliş zamanı repçi Azərbaycan Ordusunda xidmət etmək istədiyini bildirib.
"Mənim məqsədim var. 2-3 ildən sonra hərbi xidmətə getmək istəyirəm. Azərbaycanda dostum var. O, xüsusi təyinatlıların hazırlanması ilə məşğuldur. Hər zaman mənə deyir ki, cəsarətlə buraya gəl. Orduda snayperçi olmaq istərdim. Çünki çox səbrliyəm”.
Xatırladaq ki, Jah Khalib son illər Qazaxıstanın ən uğurlu ifaçılarındandır. Onun anası qazax, atası isə azərbaycanlıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















