• $
  • €
  • ₽
  • ₺
  • £

Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutdu

Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutdu
20.07.2018 10:57
40 ildir sənətdə, səhnədəyəm. Düz 30 il öncə Əməkdar artist fəxri adına layiq görüldüm. Bu il isə mayın 27-də ölkə prezidenti tərəfindən Xalq artisti fəxri adını aldım. İnanın ki, nə o vaxt, nə də indi xəbərim olmuşdu.

Hətta dostlarımdan biri zəng vurub təbrik edəndə bildirdim, niyə tələsirsən, ad günümə hələ 20 gün qalır, qayıdıb dedi ki, ad gününü yox, Xalq artisti adını təbrik edirəm.

Oxu.Az xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti Sərxan Sərxan deyib.

O qeyd edib ki, sənətdə heç vaxt pul, şöhrət dalınca qaçmayıb. Xalq artistinin sözlərinə görə, sənətə pulun gözü ilə baxmaq düzgün deyil, sənətə sənət naminə gəlmək lazımdır və yalnız o zaman uğur qazana bilərsən.

Tanınmış sənətçi həm adının, həm soyadının Sərxan olmasına da aydınlıq gətirib.

Bildirib ki, gənc vaxtlarından Bakıdan Moskvaya üz tutmalı olub və o vaxt onu təqdim edərkən aparıcı soyadını söyləməkdə xeyli çətinlik çəkməli olub:

"Mənim gözəl soyadım var - Qurbanbəyov. Sərxan da babamın adıdır. Gördüm ki, soyadımı çəkməyə çətinlik çəkir, rus aparıcıya dedim ki, Sərxan Sərxan de (gülür). Elə ötən əsrin 80-ci illərindən də Sərxan Sərxan oldum və belə təqdim edildim.

Eyni zamanda, Sərxan adı o vaxt yeni və az qoyulan adlardan olduğu üçün mənim pərəstişkarım olan azərbaycanlıların - içərisində Rusiyada, ovaxtkı SSRİ-də yaşayan soydaşlarımız da var - bir çoxu övladlarına Sərxan adı verməyə başladılar. İndi həmin sərxanların bir çoxu ailə-uşaq sahibi olublar”.

S.Sərxan mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı maraqlı xatirəsini danışıb:

"Böyük dövlət adamı olan Heydər Əliyev hər zaman sənətə, sənət adamlarına xüsusi diqqət yetirib. Daim dövlət konsertlərindən sonra səhnənin arxasına gələrək sənət adamları ilə görüşüb, söhbətləşib. Bir gün yenə dövlət konsertlərindən biri idi, Heydər Əliyev konsertdən sonra sənət adamları ilə görüşürdü.

Hamı ilə Azərbaycan dilində danışırdı, mənə çatanda isə rus dilində danışdı. Dedim ki, Heydər Əliyevic, mənimlə də azərbaycanca danışın. O da gülə-gülə və özünəməxsus amiranəliklə dedi ki, o zaman sən də azərbaycanca oxu (gülür).

Bu söz məni əməlli-başlı tutdu. Elə həmin gün bir nəfər televiziyada çalışan dostum mənə bir xeyli şeir təqdim etdi. Əksəriyyəti də Tofiq Bayramın şeirləri idi, özü də hamısı gözəl idi.

Onlardan birini, tez bir zamanda hitə çevrilən "Ay gecikən məhəbbətim” şerini seçdim və ona musiqi bəstələdim, elə həmin gün, bir anın içində... Bu mahnım Azərbaycanla yanaşı, Moskvada, keçmiş SSRİ-də də çox məşhur oldu”.
 
22 iyul – Azərbaycanda milli mətbuat günü kimi qeyd olunur. 

Azxeber.com milli mətbuat günü ərəfəsində vaxtilə jurnalist kimi çalışmış, hazırda isə yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki:

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əmək fəaliyyətinə jurnalist kimi başlayıb. 1992-1993-cü illərdə "Naxçıvan" qəzetində müxbir kimi fəaliyyət göstərmiş icra başçısı sonradan ictimai fəaliyyətlə məşğul olub və "Əlincə" Cəmiyyətində şöbə müdiri olub.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da ilk fəaliyyət sahəsi jurnalistika ilə bağlı olub. Nə az, nə çox, 8 il jurnalist işləmiş R.Hüseynov "Kommunizm yolu" qəzetində korrektordan şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev uzun müddət "Səs” qəzetində çalışıb. Bu qəzetdə məsul katib, şöbə müdiri, Baş redaKtor müavini işləyib.

Azərbaycan Dövlət Nəşriyyatının direktoru Ağabəy Əsgərov son vəzifə təyinatına qədər uzun müddət jurnalist, baş redaktor kimi fəaliyyət göstərib. İqtidaryönlü "Səs” qəzetinin Baş redaktoru olub.

Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvü Elmira Axudnova uzun müddət jurnalist kimi çalışıb. Rusiyada nəşr olunan nüfuzlu "Literaturnaya” qəzetinin müxbiri və "Azadlıq" radiosunun Azərbaycan üzrə müxbiri, ardınca "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, hazırda Milli Məclisdə digər jurnalistlər də təmsil olunur ki, onların arasında Əflatun Amaşovu, Aqil Abbası, Bəxtiyar Sadıqovu, Hikmət Babaoğlunu misal göstərmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol