Mayk Tayson Bakıya gəlir

"Godzilla" promoşn qrupunun dəvətiylə Azərbaycana gələn UFC-nin canlı əfsanəsi, məşhur döyüşçü, adı turnirin fəxri zalına həkk olunan Roys Greysi mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olmasından xəbərdar olduğunu deyən braziliyalı idmançı gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü deyib.
Medianın suallarına cavab verən "Godzilla" promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Roys Qreysinin səfəriylə bağlı danışıqların iki ay davam etdiyini vurğulayıb: "Onun Braziliyada Ciu-citsu üzrə akademiyası fəaliyyət göstərir. Biz hazırda Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr aparırıq. Üstəlik Roysun dəstəyilə "Belator" yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçilmə ehtimalı var".
Emil Əmiraslanov payızda Bakıya daha bir məşhur idmançının gələcəyini açıqlayıb. Danışıqlar müsbət yekunlaşacağı halda peşəkar boksçu WBF, WBC və İBF versiyaları üzrə çempion Mayk Tayson iki günlük səfərlə Azərbaycana gələcək.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər