Elza Seyidcahan Paşinyana şeir yazacaq

Əməkdar artist Elza Seyidcahan hər zaman diqqət mərkəzində olmağı bacarıb. Yadınızdadırsa, müğənni Ermənistanın sabiq prezidenti Serj Sarkisyana da şeir həsr etmiş və oxucu reaksiyası qazanmışdı.
Müğənni-şair Ermənistanın baş naziri Nikol Paşinyana da şeir yazacaqmı?
O, Modern.az saytının əməkdaşı ilə söhbət zamanı solo konsertə hazırlaşdığını deyib:
"Yeni bəstələrim çoxdur, tezliklə eşidəcəksiniz. Yay fəsli olsa da, mən hər zaman iş başındayam . O cümlədən solo konsertə hazırlaşıram və bu, noyabrın 19-da baş tutacaq.
Qaldı ki, Serj Sarkisyana yazdığım şeirə.. Bu şeiri o vaxt YAP-ın dəstəyi ilə keçirilən aksiya zamanı yazdım. Şeirim doğurdan da böyük səs-küy yaratdı. Hətta Rusiyadan çoxlu zənglər gəlmişdi, şeirimi bəyəndiklərini demişdilər. Paşinyana şeir yazıb-yazmayacağım barədə isə nəsə demək çətindir. Yaradıcılıq elə bir şeydir ki, o ani yaranır. Həmin an gələrsə, yaza bilərəm”.
Əməkdar artist həmçinin ikinci kitabının çapı haqqında düşündüyünü də bildirib:
"Mənim şəklimin həkk olunduğu çantalar istehsal olundu. Çantalar dünya miqyasında tanınmış böyük yaradıcı heyətin məhsuludur. Sentyabrda bu haqda ətraflı eşidəcəksiniz. Çantaların satışından alınan pulla xeyriyyə fonduna köçürüləcək.
"Mən dəlinin rəssamı” kitabım isə satılıb və indi də satılır. Bu yaxınlarda kitabla bağlı görüşümüz olacaq. Yeni kitabım da çap olunacaq. Bu, musiqi əsərlərimlə birbaşa bağlıdır. Yəqin ki, ikinci kitabımın çapı yaxın bir il ərzində reallaşacaq”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər