• $
  • €
  • ₽
  • ₺
  • £

Etirazlara səbəb olan film - “Sahilsiz gecə” - VİDEO

Etirazlara səbəb olan film - “Sahilsiz gecə” - VİDEO
10.09.2018 07:41
Sovetlər dövründə çəkilmiş və həmin dövrün çərçivələrindən, necə deyərlər, yazılmamış qanunlarından və təlimatlarından yaxşı mənada kənara çıxan, kommunist ideologiyasına xidmət etməkdən uzaq olan azsaylı Azərbaycan filmlərindən biri də heç şübhəsiz "Sahilsiz gecə” bədii filmidir.

Film müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından, "altmışıncılar” nəslinin nümayəndələrindən olan Xalq yazıçısı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılıb və film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilib.

SSRİ-nin hələ mövcud olduğu illərdə və Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı dövrdə, konkret olaraq, 1989-cu ildə Azərbaycanın müqtədir sənətkarlarından, böyük sənət xadimlərindən-kino aktyorlarından olan Şahmar Ələkbərovun rejissorluğu ilə çəkilən filmin ekranlara çıxması ilə onun ətrafında böyük qalmaqal, ajiotaj yaşanır.

O zaman böyük əksəriyyət filmin Azərbaycan xalqının milli-əxlaqi dəyərlərinə uyğun gəlmədiyini, filmin nümayişinin dayandırılmasını, onun efir(lər)dən yığışdırılmasını, hətta, quruluşçu rejissor kimi Şahmar Ələkbərovun cəzalandırılmasını tələb edir. Hətta, iş o yerə çatır ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının önündə günlərlə etiraz aksiyaları keçirilir. Xüsusilə də, xalq hərəkatının fəal xanım iştirakçıları filmə kəskin etiraz edirlər.

Qeyd edək ki, filmdə 3 azərbaycanlı qadının yüngül həyat tərzi keçirməsindən, əslində isə onların bir qadın kimi faciəsindən, bu yola düşməyə məhkum edilmələrindən və ona etirazdan bəhs edilir.

Filmdə əsas məqsəd odur ki, ən çətin şəraitdə belə insan dözməli, ömrünü ləyaqətlə yaşamalıdır, başqalarına lazım olduğunu heç vaxt unutmamalıdır. Əsas fikir bundan ibarətdir və burada mürəkkəb və maraqlı mövzu - insan və həyatın sərtliyi, insan və bəxtin dönüklüyü açılıb göstərilir.

Ancaq yuxarıda da qeyd edildiyi kimi, bir çoxları, xüsusilə, o dövrün ritorikasından, ab-havasından çıxış edən Azərbaycanın bir çox fəal qadınları hec cür bu məqamla barışmır, filmə, onun quruluşçu rejissoruna qarşı sərt mövqe nümayiş etdirirlər.

"Yuxarılar” da bu etirazları görərək, filmin nümayişin dayandırılması barədə qeyri-rəsmi olsa da, tapşırıq verir və qısa zamanda da, film sanki tarixin arxivinə göndərilir. Qeyd edək ki, filmin çəkilməsindən 30 ilə yaxın bir vaxt ötsə də, Azərbaycan telekanlarında demək olar ki, hələ də onun yayımına rast gəlinmir.
 
Hansı ki, Azərbaycan filmləri arasında ən peşəkar səviyyədə və çərçivələrdən kənar çəkilən azsaylı filmlərimizdən biridir.

Xəstəliyi səbəbindən həyatdan tez köçən Şahmar Ələkbərov isə həmin günlərdə, çox zor anlar yaşadığı bir vaxtda onun dayağına, köməyinə Azərbaycanın böyük şairlərindən olan Ramiz Rövşənin çatdığını bildirir.

Ömrünün son illərinə yaxın televiziyalardan birinə (AzTV-yə) verdiyi müsahibədə mərhum sənətkarımız qeyd edir ki, bir gün kinostudiyada Ramiz Rövşənlə qarşılaşır və söhbət film və onun ətrafında yaşanan qalmaqaldan düşür.

"Ramiz bəy mənə qayıdıb dedi ki, halal olsun sənə, gözəl bir film çəkmisən, bunu ancaq sən, Şahmar Ələkbərov çəkə bilərdin. Cəsarətinə eşq olsun", - mərhum Şahmar Ələkbərov daha sonra deyir...

Qeyd edək ki, filmdə Azərbaycanın tanınmış aktrisaları - mərhum Nuriyyə Əhmədova, Səfurə İbrahimova, Türkmənistandan olan aktrisa Oğuldurdı Məmmədquliyeva, həmçinin, Kəmalə Hüseynova və digərləri çəkilir.

Türkmənistanlı aktirsanın da filmə dəvət edilməsi filmdəki Zibeydə roluna azərbaycanlı aktirasalardan kimsənin çəkilməyə razılıq verməməsi olur.

Bu səbəbdən, həmin rola türkmənistanlı aktrisa dəvət olunur və o, filmdə həmin obrazı yaradır...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol