Məşhur azərbaycanlı milyarder Mikayıl Müşfiqlə bağlı sensasion fakt açıqladı

"Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim".
Anews.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında məşhur Rusiya milyarderi Fərhad Əhmədov deyib.
Xatırladaq, hələ bir neçə il əvvəl Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.
F.Əhmədova axtarış işlərinin aparılmasında "NKVD” və Bayıl türməsinin keçmiş "ölüm korpusunun" tibbi xidmətinin əməkdaşları kömək edirdilər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları F.Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstərmişdilər.
Sonralar F.Əhmədov M.Bağırovun qohumlarından biri – sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. Virtualaz.org bununla bağlı oxuculara hələ keçən ilin qışında, sabiq nazirin özünə istinadən xəbər çatdırmışdı.
2017-ci ildə Londonda keçirilmiş genetik ekspertiza – DNK analizi "NKVD”nin sabiq əməkdaşlarının informasiyasını təsdiq etdi. Tapılmış qalıqlar M.Bağırova məxsus idi. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn etdilər.
Mikayıl Muşfiqin qalıqlarına gəlincə, F.Əhmədovun sözlərinə görə, o, Qaradağ rayonunda aşkar edilmiş və M.Muşfiqə aid olduğu ehtimal olunan qalıqlar haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib. Bu ilin 5 iyununda isə böyük Azərbaycan şairinin anadan olmasının 110 ili tamam olub.
Və virtualaz.org Azərbaycan poeziyasının parlaq nümayəndələrindən birinin qalıqlarının təntənəli dəfninin təşkili məqsədi ilə kampaniyaya başlamaq üçün təşəbbüs göstərmək niyyətindədir. Biz Azərbaycanın Yazıçılar Birliyinə və Mədəniyyət Nazirliyinə müraciət hazırlayırıq. Görkəmli azərbaycanlının xatirəsinə hörmətlə yanaşmaq lazımdır!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















