Kino tarixinin ən qorxulu filminin adı açıqlandı

Qorxu (horror) filmlərinin yeni reytinqi tərtib edilib. Reytinqəd kino tarixinin ən qorxulu 100 filmi yer alıb. Reytinqi IndieWire nəşri sorğu əsasında hazırlayıb.
100-lük siyahıya rejissor Stenli Kubrikin quruluş verdiyi "Parıltı” ("Shining”) filmi başçılıq edir. Baş rolu Hollivudun canlı əfsanəsi Cek Nikolson ifa edib. Film Stiven Kinqin ssenarisi əsasında çəkilib.
Süjetə əsasən gənc ailə qış mövsümündə boş qalan otelə nəzarət etmək üçün oteldə qalmağa razılaşırlar. Sonradan kimsəsiz oteldə baş verənləri sakit-sakit izləmək mümkün deyil…
Siyahıda ön yerlərdə həmçinin "Mişarla Texas qətliamı”, "Rozmarinin uşağı”, "İblisi qovan”, "Hellouin” (1978), "Psixo” və s. filmlər gəlir.
100-lükdə həmçinin SSRİ-nin çəkdiyi "Viy” filmi də yer alıb. Viy şərqi slavyan mifologiyasında qorxunc varlıqdır və film də həmin mifoloji varlıq haqqındadır.
Amma belə reytinqlərlə bağlı heç yekdil mövqe yoxdur. Mart ayında "NME” nəşrinin tərtib etdiyi reytinqdə kino tarixinin ən qorxulu horror filmi olaraq "Uici: Veronikanın lənəti” ilk sırada yer almışdı.
Müxtəlif reytinqlərdə həmçinin "Qarağaclar küçəsində dəhşət”, "Omen”, "Paranormal hadisə” və s. filmlər ilk yerə sahib çıxıb.
Bəs sizin fikrinizcə, ən qorxulu film hansıdır?
//bizimyol.info
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















