Arif Qazıyev insult keçirib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə rejissor və ssenarist Arif Qazıyevin məhkəməyə teleqram göndərdiyi elan edilib.
O, ərizəsində qeyd edib ki, səhhətində problemlər olduğu üçün məhkəməyə gələ bilmir.
Məlum olub ki, A.Qazıyev insult keçirib. O, teleqramda istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında olmuş telefon danışıqlarının çıxarılması üçün "Azercell”ə sorğu göndərilib.
Proses noyabrın 5-də davam etdiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















