"Toppuş bacı"nın daha bir yalanı — 5 il əvvəl...

"Toppuş bacı" kimi tanınan aktrisa Tünzalə Əliyevanın daha bir yalanı üzə çıxıb.
Anews.az-ın "Ölkə.Az"a istinadən verdiyi məlumata görə, aktrisa təxminən beş ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Məhz həmin ərəfədə o, mədəkiçiltmə əməliyyatı üçün Fərid Rəfiyev adlı bariatrik cərraha müraciət edib. Ancaq F.Rəfiyev aktrisaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxs üçün belə bir əməliyyatın əks-reaksiyaya səbəb olduğunu bildirərək, bu əməliyyatı boynuna götürməkdən imtina edib. T.Əliyeva sonradan Tariyel Ömərov adlı həkimə müraciət edib və mədəsini kiçiltməyə nail olub.
Qeyd edək ki, T.Əliyeva televiziyadakı çıxışlarında və mətbuatda verdiyi açıqlamalarda xəstəliyinə səbəblərdən biri kimi mədəkiçiltmə əməliyyatını göstərirdi. Halbuki aktrisa mədəkiçiltmə əməliyyatı keçirərkən onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilirmiş. Ancaq özü əks-göstəriş olduğunu bilə-bilə mədəkiçiltmə əməliyyatına razılıq verib.
Xatırladaq ki, aktrisanın digər yalanı "Bizimləsən" verilişində keçirilən aksiyayla bağlı olmuşdu. Pulu xəstəliyi üçün yığdığını deyən aktrisa sonradan ipoteka borcunu bağlamaq niyyətində olduğunu etiraf etmişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər