“O deputatın savadı yoxdur, himnimizdə eşələnir” - Rəşid Behbudovun qızı sərt danışdı

Azərbaycanın korifey müğənnilərindən olan Rəşid Behbudovun qızı Rəşidə Rəşid parlamentdə Azərbaycan himninə dəyişiklik edilməsi ilə bağlı təklifə sərt reaksiya verib.
Anews.az BakuPost-a istinadən xəbər verir ki, o, bu təklifi qeyri-peşəkar insanların etdiyini qeyd edib: "Azərbaycan himninə qarşı bu nə kampaniyadır başladılıb? Çəkin əllərinizi. Himn qalacaq və heç kim onun üzərində öz qeyri-peşəkar korrektələrini edə bilməz. Ey xalq! Soruşun ki, onlar dahi Üzeyir Hacıbəyovun himnindən nə istəyir? Kim orda heç bir savadı olmadığı halda müqəddəs himnimizdə eşələnir, zərər verir, satır? Sual verirəm, niyə?”
Xatırladaq ki, millət vəkili Tahir Kərimli Dövlət himninin qısaldılmasını, nəqarətlərin götürülməsini, qəmli notların yığışdırılmasını təklif edib. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















