Xalq artisti Amaliya Pənahovadan danışdı

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti Məleykə Əsədova həmkarı Amaliya Pənahovanın vida mərasiminə gəlməməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Aktrisa "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, vida mərasimi günü orada olub:
"Həmin gün teatrda idim, sadəcə, zalda əyləşməmişdim. Hətta "İnstagram" səhifəmdə də paylaşım etmişdim. Amaliya xanım Azərbaycanın ən görkəmli aktrisalarından olub. Onda aktrisaya lazım olan bütün xüsusiyyətlər, o cümlədən çox yüksək şarm var idi. Hətta vəfat etdiyi günə qədər də tamaşaçı önünə formada çıxırdı. Xəstəliyini də məhz bu səbəbdən gizlədirmiş. Çünki aktrisa tamaşaçı qarşısına hər zaman formada çıxmalıdır".
Qeyd edək ki, Amaliya Pənahova noyabrın 8-də 73 yaşında vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















