Bu məşhur filmimizə - Qadağa qoyulubmuş

"Əhməd haradadır?" filminin SSRİ-yə daxil olan ölkələrdə nümayişinə qadağa qoyulubmuş.
"Ölkə.Az"-ın məlumatına görə, bu barədə sözügedən filmdə şofer Əhməd obrazını canlandırmış əməkdar artist "Mədəniyyət" kanalının "Görüş yeri" verilişində deyib:
"Filmi əvvəlcə Moskvada bəyənməyib üçüncü kateqoriya vermişdilər. Bu kateqoriyanı alan filmlər isə yalnız istehsal edildiyi ölkədə nümayiş oluna bilərdi. Amma Ədil İsgəndərovun filmi qısa müddətdə elə rəğbət qazandı ki, həmin qadağa aradan götürüldü".
Qeyd edək ki, Ədil İsgəndərovun kinorejissor kimi ilk və son işi olan "Əhməd haradadır?" filmi 1963-cü ildə çəkilib. Filmdə Lütfəli Abdullayev, Nəcibə Məlikova, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Səyavuş Aslan, Eldəniz Zeynalov, Ağahüseyn Cavadov kimi məşhur aktyorlar rol alıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















