“Heç vaxt yaş mənə mane olmayıb” - 72 yaşı olacaq əməkdar artist – VİDEO

Əməkdar artist Suğra Bağırzadə "ARB Günəş”in efirində yayımlanan "Kiçikdən-böyüyə” verilişinin qonağı olub.
Anews.az xəbər verir ki, əməkdar artist 8 yaşlı İbrahimlə həmsöhbət olub. İbrahimin "Nə üçün bəzi böyüklər uşaq olmaq istəyir?” sualına Suğra xanım maraqlı cavab verib.
O, buna əsas səbəb kimi insanların yaşlandıqca xarici görünüşünün dəyişməsini göstərib. Bu yaxınlarda 72 yaşını qeyd edəcək sənətkar qocalmaqdan qorxmadığını deyib:
"Xüsusilə qadınlar yaşlanmaqdan çox qorxur. Qocalmaq da hər insana nəsib olmur. Amma bunun öz gözəlliyi var. Heç vaxt yaş mənə mane olmayıb”.
Sonda Suğra xanım İbrahimə həyatla bağlı öz tövsiyyələrini verib.
"Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı "ARB Günəş”də yayımlanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















