Opera müğənnimizin səhnədə ağzı cırıldı

Dünən Rusiyanın Yekaterinburq şəhərindəki teatrda "Karmen” tamaşasının gedişində opera müğənnisi İlham Vəliyevin ağzı cırılıb.
Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, opera müğənnisinin özü bu barədə sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, hadisə onun qəhrəmanı - əsgər Xosenin toreadorla döyüşdüyü səhnədə baş verib. Artist qeyd edir ki, bu cür dava səhnələrinə onlar peşəkar kaskadyorun rəhbərliyi altında hazırlaşırlar və bu cür hala ilk dəfədir ki, rast gəlinir.
Ciddi zədəyə baxmayaraq, İlham Vəliyev tamaşanı sona qədər oynayıb və xəstəxanaya çatdırılıb. Onun ağzına tikiş qoyulub.
Qeyd edək ki, opera müğənnisi İlham Vəliyev Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















