Qəfil ölən Zahidlə bağlı tükürpədici fakt - Anadan olduğu otaqda ...

İki gün əvvəl dünyasını dəyişən məşhur klarnet ifaçısı Zahid Sabirabadlı ilə bağlı əməkdar artist Cavanşir Məmmədov tükürpədici açıqlaması ilə diqqət çəkib.
Anews.az Milli.Az-a istinadən xəbər verir ki, müğənni 46 yaşlı mərhum sənətkarla uzun illər bir yerdə çalışdığını və onun bütün mahnılarındakı klarnet musiqi alətində ifa edən şəxsin Zahid olduğunu deyib.
Əməkdar artist sözünün davamında qəfil ölümü ilə onu tanıyan hər kəsi üzən Zahidlə bağlı bu iki gün ərzində dünyanın hər yerindən ona zənglər gəldiyini vurğulayıb.
Cavanşir Məmmədovun mərhumla bağlı bir etirafı isə hər kəsi məəttəl qoyub. Əməkdar artist Zahidin doğulduğu otaqda da dünyasını dəyişdiyini bildirib:
"Anadan olduğu otaqda da rəhmətə gedib".
Qeyd edək ki, C.Məmmədov bütün bu açıqlamaları "Hər şey daxil"in efirində edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















