Ramiz Əzizbəyli: “Özümü yaxşı hiss etməyə başlamışam”

Şükürlər olsun ki, səhhətim get-gedə yaxşılaşır. Bir neçə gün bundan qabaq əməliyyat olundum. Ayağmda barmaq hissə kəsilib. Özümü yaxşı hiss etməyə başlamışam. Ümid edirəm ki, daha da yaxşı olacam.
Anews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında xalq artisti, aktyor Ramiz Əzizbəyli deyib.
O, hər kəsə təşəkkür etməyi də unutmayıb:
"Səhhətimdə yaranan problemə heç kim biganə qalmadı. Mədəniyyət Nazirliyi də köməklik etdi. Cənab prezident də çox sağ olsun ki, yardımını əsirgəmədi. Onlara təşəkkür edirəm".
Xalq artisti yanına gələnlərdən də söz açıb:
"Bayram günlərində də ziyarətimə gələnlər çox oldu. Hər kəsə təşəkkür edirəm ki, məni unutmur. Vaxt tapan kimi yanıma gəlib mənə baş çəkirlər".
Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















