"Fəxrəddin Manafovun zəngini gözləyirik" - Teatrdan açıqlama

"Hazırda xalq artisti Fəxrəddin Manafovun zəngini gözləyirik”.
Anews.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov deyib.
Onun sözlərinə görə, F.Manafov rəsmi şəkildə teatrın işçisidir: "Fəxrəddin Manafovun çıxış etdiyi "Mərasim” tamaşası repertuarımızda var. Səhnə əsəri ayda bir dəfə nümayiş etdirilir. Tamaşanın rejissor köməkçisi onunla əlaqə saxlayıb və nə vaxt oynamaq istədiyini soruşub. Nə vaxt istəsə, gəlib rolunu ifa edə bilər. Teatrda xalq artisti üçün bütün şərait yaradılıb. Səhnə əsərinin nümayişi Fəxrəddin Manafovdan asılıdır”.
Qeyd edək ki, F.Manafov bir müddət əvvəl çalışdığı Rus Dram Teatrından işdən çıxdığını bildirmişdi.
Mədəniyyət Nazirliyinin rəhbərliyi aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq vermişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər