"Oskar" ətrafında qalmaqal

"Oskar 2019" mükafatları ətrafında qalmaqal bitmir. 24 fevralda Los-Ancelesdə keçiriləcək gecəyə hazırlıq başlayıb.
Anews.az axşam.az-a istinadən xəbər verir ki, dekabrda gecənin aparıcılığının 39 yaşlı aktyor Kevin hart olacağı bildirilmişdi. Daha sonra isə onun illər əvvəl Twitter-də yazdığı status ortaya çıxıb. Kevin üzr istəməkdən imtina edib, öz istəyi ilə şounun aparıcılığından uzaqlaşıb.
"Keçmişə qayıtmağı və üzr istəməyi düşünmürəm. Həyatımda başqa mərhələ var. Onu dəyişdirməyi düşünmürəm", - aktyor bildirib.
Bu hadisədən sonra şounu kimin aparacağı müzakirə edilib. Məlum olub ki, təşkilatçılar "Oskar 2019"un aparıcısız keçirilməsinə qərar verib. Aparıcını musiqi dəqiqələri əvəz edəcək.
Qeyd edək ki, "Oskar" 30 il bundan əvvəl aparıcısız təqdim edilmişdi. Həmin vaxt şou 1989-cu il martda keçirilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















